Bayden ABŞ prezidentliyindən imtina edəcəyi yeganə şərtin

ABŞ-ın hazırkı prezidenti Co Bayden hansı halda seçkilərdə iştirakdan imtina edə biləcəyini açıqlayıb.

Bizimxeber.az bildirir ki, o, səhhətində ciddi problemlər yaranarsa, belə bir qərarın verə biləcəyini deyib.

Onun sözlərinə görə, əgər həkimlər onun sağlamlıq vəziyyətinin ona prezident kimi səlahiyyətlərini yerinə yetirməyə imkan verməyəcəyinə inanırlarsa, Bayden onlara tabe olmağa hazırdır. 

"Düzünü desəm, düşünürəm ki, yaşın gətirdiyi tək şey bir az müdriklikdir. Hələ görüləcək çox şey var və mən bundan imtina etmək istəmirəm", - o əlavə edib.