"Bayden ABŞ-ın 101-ci elit hava-desantlarını Ukraynaya göndərəcək" - Makqreqor

"ABŞ prezidenti Co Bayden ABŞ qoşunlarını Ukraynaya gətirməsi an məsələsidir". 

Bizimxeber.az bildirir ki, bu barədə Pentaqonun rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor "Judging Freedom" YouTube kanalına müsahibəsində danışıb.

Makqreqor etiraf edib ki, Bayden ABŞ Konqresinin razılığı olmadan Ukraynaya qoşun göndərəcək.

Polkovnikin sözlərinə görə, Amerika qanunvericiliyində dövlət başçısına belə qərarlar verməyə imkan verən hüquqi əsaslar var: "Hazırda ABŞ ordusunun Ukraynaya göndərilməsi üçün aktiv hazırlıq yekunlaşıb. Hesab edirəm ki, bu, çox təhlükəli və düşünülməmiş qərardır, lakin hər şey buna doğru gedir".

Армия США формирует 11-ю воздушно-десантную дивизию на Аляске

Polkovnik əlavə edib ki, Franklin Ruzveltin dövründən ABŞ prezident üsul-idarə formasına malik ölkə olub: "Bu, ABŞ-ın faciələrindən biridir".

Oktyabrın 22-də məlum olub ki, ABŞ NATO təlimlərində iştirak etmək üçün Rumıniyaya elit 101-ci hava-desant diviziyasını yerləşdirib. Onun komandirləri deyirlər ki, əgər hərbi eskalasiya və ya NATO-ya hücum olarsa, o zaman onlar Ukrayna sərhədini keçməyə tam hazırdırlar.

Rumıniyada qoşunların yerləşdirilməsi Bayden və onun müttəfiqlərinin Rusiyanın NATO üzvü olan Baltikyanı ölkələrə daha da irəliləyəcəyi ilə bağlı qorxusundan xəbər verir. Bu fikri Amerikanın 19 fortyfive portalının müəllifi, ABŞ ordusunun istefada olan polkovnik-leytenantı Daniel Devis deyib.

Öz növbəsində, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru və Əfqanıstandakı ABŞ və NATO qüvvələrinin keçmiş komandanı David Petreus ABŞ-a Ukrayna böhranında NATO qüvvələri kimi deyil, Vaşinqtonun rəhbərlik etdiyi çoxmillətli kontingent kimi iştirak etməyə icazə verib.

O deyib ki, qüvvələr Ukraynada döyüşmək üçün Avropaya getmir, lakin Putin Qərbə doğru hərəkətini davam etdirməyə qərar verəcəyi təqdirdə NATO müttəfiqlərimizi müdafiə etməyə hazırlaşır. 

Lakin ekspertlərin əksəriyyəti  ABŞ qoşunlarının yaxın günlərdə Ukraynaya göndəriləcəyini təsdiqləyib.