ABŞ prezidenti Co Bayden konqres liderləri ilə ölkədəki iqtisadi vəziyyətlə müzakirə edib.
Bizimxeber.az xəbər verir ki, o, jurnalistlərə müsahibəsində görüşün nəticələri barədə danışıb. Bayden ABŞ-ın defoltunun mümkün nəticələri barədə xəbərdarlıq edib və real vəziyyəti ölkə iqtisadiyyatı üçün dağıdıcı adlandırıb.
Eyni zamanda, Nümayəndələr Palatası prezidentlə görüşdən sonra yaydığı açıqlamada bildirib ki, Konqres liderləri dövlət borcunun yuxarı həddinin artırılması məsələsində heç bir irəliləyiş əldə etməyiblər. Limitin aşılması sosial xərclərin, eləcə də artıq götürülmüş öhdəliklər üzrə borcların və faizlərin ödənilməsində çətinliklərlə təhdid edir.
Dövlət başçısı həmin çıxışında ABŞ-da defoltdan qaçmağın vacibliyindən danışıb. Bunun qarşısını almaq üçün o, “defoltun özündən başqa” hər hansı tədbiri istisna etməyib. Amerika lideri milli borc tavanının qısamüddətli artırılmasına da icazə verib.
Maliyyə Nazirliyinin rəhbəri bildirib ki, departamentin ölkədə defoltdan qaçmaq üçün yolları tükənir. Onun sözlərinə görə, nazirlik bir neçə aydır ki, fövqəladə tədbirlərdən istifadə edir, lakin onlar demək olar ki, tükəniblər. O, həmçinin ölkədə defoltun vaxtı ilə bağlı şərh verib və fərziyyələrdə qeyri-dəqiqliklər olduğunu bildirib.
Bu arada ABŞ Maliyyə naziri Janet Yellen deyib ki, iyunun əvvəlində pulun tükənəcəyini proqnozlaşdırlar: "Bunun iyunun 1-də baş verməsi ehtimalı var".