Bayden Polşaya nyə gəlmək istəyir?

ABŞ prezidenti Co Bayden Polşaya səfər etmək niyyətində olduğunu bəyan edib.

Bizimxeber.az bildirir ki, lakin Ağ Evin mətbuat fonduna görə, Bayden səfərin dəqiq tarixini açıqlamayıb. Jurnalistlər prezidentdən səfərin Ukraynada xüsusi hərbi əməliyyatın başlanmasının ildönümünə təsadüf edib-etmədiyini soruşduqda, o, buna əmin olmadığını bildirib.

Xatırladaq ki, Amerika prezidentinin Polşaya sonuncu səfəri ötən ilin martında baş tutub. NBC keçən həftə Co Baydenin bu fevral ayında bir sıra Avropa ölkələrinə səfər edə biləcəyini bildirdi. Amma hələlik bu məlumatın rəsmi təsdiqi yoxdur.