ABŞ Prezidenti Co Bayden Rusiya-Ukrayna müharibəsi ilə bağlı NATO və Avropa İttifaqı sammitlərində iştirak etmək üçün Avropaya gəlir.
Bizimxeber.az bildirir ki, bu barədə Ağ Evin sözçüsü Cen Psaki bildirib.
"Gələn həftə Bayden Brüsselə gedir və martın 24-də Rusiya-Ukrayna müharibəsi ilə bağlı NATO-nun fövqəladə sammitinə qatılacaq. O, Avropa Şurasının zirvə toplantısında da iştirak edəcək", - Psaki qeyd edib.
Sözügedən sammitlərdə Rusiyaya qarşı daha ciddi iqtisadi sanksiyalar, Ukraynaya humanitar yardımlar müzakirə olunacaq.