ABŞ dövlət katibi Marko Rubio fevralın 28-də Ağ Evdə Donald Tramp və Vladimir Zelenski arasında baş verən mübahisədən “şoka düşdüyünü” deyib.
Bizimxeber.az bildirir ki, o bu barədə Səudiyyə Ərəbistanına səfəri zamanı jurnalistlərə bildirib.
Rubio bildirib ki, fevralın 28-də keçirilən Oval Ofis toplantısında "işlər planlaşdırıldığı kimi getmədi".
"Biz ukraynalılara mövqeyimizi izah etdik. Biz, həqiqətən, danışıqlar aparmaq istəyirdik... Baş verənlərdən şoka düşdüm, çünki bu, əvvəlcədən danışdığımız hər şeyin tam əksi idi", - o əlavə edib.
Dövlət katibi qeyd edib ki, Oval kabinetdə keçirilən görüş zamanı gördüklərinə inana bilməyib: "Mən bunun baş verə bilməyəcəyini düşündüm, amma həqiqətən oldu. Amma biz irəliləməliyik", - Rubio deyib.