Baş nazirə içində güllə olan zərf göndərildi

Slovakiyanın baş naziri Robert Fikoya içərisində güllə olan zərf göndərilib. 

Bizimxeber.az bildirir ki, bu barədə Aktuality məlumat yayıb.

Slovakiya hökumətinin mətbuat xidməti qeyd edib ki, zərf sentyabrın 25-də səhər saatlarında baş nazirə gəlib.

"Slovakiyanın baş nazirinə ünvanlanmış güllə olan zərf bu gün hökumət ofisinə çatdırılıb", - Slovakiya hökumətinin mətbuat xidməti bildirib. Daxil olan zərf hazırda Slovakiyanın rəsmi şəxslərinin mühafizəsi departamentinin və diplomatik nümayəndəliklərinin əməkdaşları tərəfindən yoxlanılır. 

Xatırladaq ki, mayın 15-də Slovakiyanın Handlova şəhərində hökumətin səfərdə olan iclasından sonra baş nazir Robert Fikoya cəhd edilib.