Litva Seymi Gintautas Palutskasın yeni baş nazir təyin edilməsinə səs verib.
Bizimxeber.az LRT- yə istinadən xəbər verir ki, seymin 88 deputatı Palutskasın namizədliyinin lehinə, 34-ü əleyhinə, 6-sı isə bitərəf qalıb.
İndi o, prezidentin formalaşdırdığı və təsdiq etdiyi Nazirlər Kabinetini parlamentə təqdim etməli, habelə təyinatdan sonra 15 gündən gec olmayaraq hökumətin proqramını baxmağa təqdim etməlidir.
Palutskas səsvermədən sonra "demokratiya bayramı"na görə təşəkkür edib.
"İnanıram ki, bizim müzakirələrimiz zamanı hələ də bəzi seçkiqabağı döyüşlərin əks-sədaları var idi. Ümid edirəm ki, onlar tezliklə səngiyəcək və biz biznes gündəminə keçəcəyik".