Baqrat yolu kəsmək istədi, maşını öz kolonuna çırpdı – Video

İrəvanda vətəndaş itaətsizliyinə çağıran və yolları bağlayaraq, nəqliyyatın hərəkətini iflic etmək istəyən keşiş Baqrat həyəcanlanıb.

Küçələrdən birini öz maşını ilə bağlamağa cəhd edən keşiş arxaya verərkən, öz adamlarının avtomobili ilə toqquşub.

Qeyd edək ki, İrəvanda bu gün baş verən itaətsizlik aksiyasına qarşı hüquq-mühafizə orqanı əməkdaşları ciddi tədbirlər görürlər. Erməni mediası indiyə qədər aksiya iştirakçılarından 196 nəfərin saxlanıldığını yazıb. Saxlanılanlar arasında general-mayor İqor Xaçaturov, “Ermənistan” fraksiyasının deputatları Artur Sərkisyan, Aşot Simonyan və müğənni Arsen Qriqoryan da var.