Baqrat Avropada yaşayan ermənilərə müraciət edib

Erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının Primatı, “Vətən üçün Tavuş” hərəkatının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan Avropada yaşayan ermənilərə müraciət edərək hərəkata dəstək verən hər kəsə təşəkkür edib.

Bizimxeber.az News.am-a istinadən bildirir ki, o, Avropada yaşayan erməniləri öz şəhərlərində təşkil olunan aksiyalarda iştirak etməyə çağırıb, hərəkatı ümumerməni xarakterinə çevirib.

"Siz indiki Ermənistan hakimiyyətinin hərəkətləri ilə razılaşmadığınızı bildirirsiniz ki, onların vasitəsilə hazırda Tavuşda, daha sonra isə Sünikdə, Vardenisdə, Cermukda və başqa yerlərdə birtərəfli güzəştlər edilir. Biz birlikdə qələbəyə nail olacağıq. Sizi burada gözləyirik", - Qalstanyan bildirib.