Bank hesabından 2000 manat oğurlandı - DİQQƏTLİ OLUN

Bakı sakininin bank hesabından 2000 manat oğurlanıb.

Bu barədə Bizimxeber.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə iyulun 22-də Bakı şəhər sakini R.Rüstəmovun bank hesabından 2000 manatının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Laçın rayon sakini S.Həsənov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.