Latviya Dövlət Radio və Televiziya Mərkəzinin (LVRTC) sualtı fiber-optik kabeli zədələnib.
Bizimxeber.az bildirir kiŞ, bu barədə "LSM" məlumat yayıb.
Monitorinq sistemi Ventspils - Gotland bölməsində məlumatların ötürülməsində fasilələri qeydə alıb.
LVRTC digər marşrutlardan istifadə edərək məlumat xidmətləri təqdim etməyə davam edir. Bununla belə, sürətin azalması mümkündür, baxmayaraq ki, bu, əsasən Latviyadakı son istifadəçilərə təsir etmir.
"Hazırda kabelin əhəmiyyətli dərəcədə zədələndiyini və zədələnmənin xarici təsir nəticəsində baş verdiyini düşünmək üçün əsaslar var" - deyə məlumatda qeyd olunur.