Baltik dənizində kabellərin zədələnməsi təxribat deyil - ABŞ

ABŞ Baltik dənizində keçən iki rabitə kabelinin zədələnməsi hadisələrində təxribat əlaməti görməyib.

Bizimxeber.az bildirir ki, bu barədə CNN məlumat verib.

ABŞ rəsmiləri hesab edir ki, ziyan çox güman ki, yoldan keçən gəminin lövbərə düşməsi nəticəsində baş verib. 

Bu həftənin əvvəlində Finlandiyanın “Cinia” şirkətinin Baltik dənizinin dibi ilə uzanan və Finlandiyanı Almaniya ilə birləşdirən rabitə kabelinin zədələndiyi məlum olub.

Təxminən 1200 kilometr uzunluğunda olan kabel Finlandiya ilə Mərkəzi Avropa arasında yeganə birbaşa əlaqədir və qaz boru kəmərləri və elektrik kabelləri də daxil olmaqla digər mühüm infrastruktur obyektləri ilə yanaşı keçir.

Hadisələri şərh edən Avropa rəsmiləri mümkün təxribata işarə edirdilər.