“Baku Elektronics” müştərini belə ziyana salıb – Şikayət

"Baku Electronics”in müştərisi Rəhman Şərifov mağazalar şəbəkəsindən şikayətçidir. Reportyor.info xəbər verir ki, müştəri iyulun 7-də kondisioner alıb. Onun sözlərinə görə, kuryer malı təhvil verən zaman birkartdan məbləği 18 aya bölmədən birdəfəlik çıxıb, indi artıq 3-cü aya keçir ki, məsələ öz həllini tapmayıb: "Mən bununla bağlı onların Azadlıq filialında oldum, həm də 5 dəfə və hər dəfəsində mənə bir tarix deyildi, indi isə artıq 100 AZN-dən çox faiz borcu yaranıb.

Mənim əlimdə sənədim də var ki, orada "18 aya bölünəcək” qeyd edilib və özlərinin peçatı da üzərində öz əksini tapır.

Onlar kapitalbanka müraciət etdiklərini dedilər, mən də zəng etdim yanlarında kapitalbanka, kapitalbank əməkdaşı dedi ki, bizə bu barədə rəsmi sorğu daxil edilməyib. Sonra göstərdilər ki, kapitalbankın elektron poçt ünvanına yazıblar.

Və orada əyləşən cavan oğlan(hansı ki, hər dəfə bir tarix deyən şəxs) gördü əsəbiyəm dedi məsələ bizi aşır və məni müdürün otağına göndərdi, orada əyləşən şəxs isə mənə problemin max 3 günə həll ediləcəyini dedi( çünki araşdıracaqlar ki, həqiqətən "18 aya bölünəcək” sözü olubmu ortada, bununla bağlı sənədimdə var) 3 gün dünən tamam oldu və problem hələ də qalır, faiz isə durmadan artır öz axarında”.