“Bako Haram“ Niger ordusuna hücum etdi - 27 ölü

Nigeriyada kamikadze hücumu nəticəsində ölkə ordusunun 27 əsgəri həlak olub.

Bizimxeber.az xarici KİV-lərə istinadən bildirir ki, faciə respublikanın şimal-şərqində baş verib.

İlkin məlumata görə, hökumət qoşunları partlayıcı ilə dolu maşında yaraqlının hücumuna məruz qalıb. Hərbçilər Boko Haram terror qruplaşmasının nəzarətində olan ərazilərə hücumda iştirak ediblər.

Jurnalistlər qeyd edirlər ki, ölənlərin sayı arta bilər, çünki yaralı əsgərlərin çoxunun vəziyyəti ağırdır. Boko Haramın 2009-cu ildən Nigeriyada fəaliyyət göstərdiyi məlumdur. Silahlılar İslam dövlətinin yaradılmasına nail olmaq üçün hərbi postlara, polisə və mülki şəxslərə hücum edirlər.

Daha əvvəl məlum olmuşdu ki, Nigeriyada yanacaq daşıyan tankerin partlaması, ardınca isə yanğın nəticəsində 70-dən çox insan həlak olub, azı 56 nəfər yaralanıb. Hadisə yanvarın 18-də səhər saatlarında Abuca-Kaduna ekspress yolu boyunca, Baddegi yanacaqdoldurma məntəqəsi ilə üzbəüz, yük maşınının qəzaya uğraması və yan tərəfə aşması nəticəsində baş verib.

Bundan sonra ölənlərin sayının 86-ya çatıb.