"Bakının Avropaya qaz tədarükünü artırmaq üçün resursları var" - Cabbarov

"Azərbaycanın Avropaya qaz tədarükünü artırmaq üçün əlavə enerji resursları var". 

Bizimxeber.az bildirir ki, bunu Davosda keçirilən beynəlxalq iqtisadi forumda çıxış edən ölkənin iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. 

Aparıcı ona Cənub Qaz Dəhlizinin Azərbaycan və Avropa münasibətlərinə gələcək təsiri ilə bağlı sual verib. 

"Avropa ilə yanaşı, Azərbaycan da Gürcüstan və Türkiyənin əsas tədarükçülərindən biridir. Ondan sonra Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya gəlir. .. Sözügedən rəqəm yalnız Avropa bazarına çatan həcmdir"- deyə Cabbarov bildirib.

/Ria Novosti/