Bakıdan Naxçıvana uçan təyyarə geri qayıtdı - SƏBƏB

Əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən "Azərbaycan Hava Yolları"nın J2-2251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib. 

 

Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən bildirilib. 

Təyyarə saat 11:52-də Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib. Hava şəraiti yaxşılaşdıqdan sonra sözügedən reysin sərnişinləri Naxçıvana yola düşəcəklər.