Ötən gün Bakı hava limanında saxlanılan Krasnodar vilayət məhkəməsinin keçmiş sədri Yelena Xaxaleva məhkəmə müvafiq qərar qəbul etdikdən sonra Rusiyaya ekstradisiya olunacaq.
Bizimxeber.az bildirir ki, bu barədə, Azərbaycanın hüquq-mühafizə orqanlarındakı mənbə "RİA Novosti"yə bildirib. Qeyd olunur ki, keçmiş hakim Bakıdan Dubaya getmək istəyib.
O, Bakıdan Dubaya getmək niyyətində olub, lakin hava limanında pasport nəzarətindən keçən zaman onun axtarışda olduğu məlum olub, Xaxaleva saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları bildiriblər ki, Azərbaycan məhkəməsi müvafiq qərar verdikdən sonra o, Rusiyaya ekstradisiya olunacaq .
Bundan əvvəl Rusiya tərəfinin Krasnodar vilayət məhkəməsinin bədnam keçmiş hakiminin ekstradisiyasını xahiş edəcəyi bildirilirdi.
Qeyd olunub ki, Rusiya Daxili İşlər Nazirliyinin İnterpol Milli Mərkəzi Bürosuna və Baş Prokurorluğa “qızıl hakim”in saxlanmasını təsdiq edən sənədlər daxil olub.
Bundan əvvəl Kub Mash Telegram kanalı Bakı hava limanında hüquq-mühafizə orqanlarının əməkdaşlarının əlinə keçən Xaxalevanın saxlanması barədə məlumat yayıb . O, 2018-ci ildə 2 milyon dollar (194 milyon rubl) dəyərində olan qızının toyundan sonra şöhrət qazanıb. Tədbirdə Soso Pavliaşvili, Vera Brejneva və Valeri Meladze çıxış ediblər. Toy medianın diqqətini çəkdikdən sonra Xaxaleva Krasnodar Regional Məhkəməsinin rəyasət heyətindən çıxarılıb və Rusiyada "qızıl hakim" adlandırılmağa başladı.