Bakıda qadının intihara cəhdinin görüntüləri yayıldı - VİDEO

Bakıda qadının intihara cəhdinin görüntüləri yayılıb. Hadisə Xətai rayonunda qeydə alınıb. 

Qadın tikilməkdə olan binanın 6-cı mərtəbəsinə çıxaraq özünü oradan atmaq istəyib.  FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.  Aparılan psixoloji söhbətlər nəticəsində qadın fikrindən daşınıb.