Bakıda ölüm saçan dərman satılır? - Video

Son vaxtlar sosial şəbəkələrdə kökəlmək istəyənlər üçün mənşəyi bəlli olmayan qida əlavələri satılır.

Qiyməti 18 manatdan başlayan bu məhsullara sahib olanlara 6-8 kiloqrama qədər çəki alacaqları vəd edilir. Həkim Abbas Bağırov bildirib ki, qida əlavələrinin istifadəsi çəki artırsa da, çox ciddi fəsadlara yol açır: “Hormonal sistemin pozulması, qaraciyərdə piylənmə, böyrək daşlarının əmələ gəlməsi kimi müxtəlif fəsadlara yol açır. Bu halda dəridə şişkinlik, dəri reaksiyaları, allergik reaksiyalar və dəri qırışları yaranır ki, bu da xarici görkəmi müəyyən dövrdən sonra daha arzuolunmaz vəziyyətə salır. Bu səbəbdən sözügedən preparatların istifadəsi zamanı həkim və məşqçilərə müraciət etmək lazımdır”.

Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən bioloji aktiv məhsulların satışı ilə bağlı araşdırmalar aparılıb və həmin kökəldici qidalarda insan sağlamlığı üçün təhlükəli hesab olunan kənar kimyəvi maddələr aşkarlanıb.

Daha ətraflı Baku TV-nin süjetində: