Bakıda “Mercedes” ticarət mərkəzinə girdi - Fotolar

Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

Mirzağa Əliyev və Səməd Vurğun küçələrinin kəsişməsində “Mercedes-Benz” markalı avtomobillər toqquşublar.

Məlumata görə, toqquşan maşınlardan biri yaxınlıqdakı ticarət mərkəzinin vitrinini dağıdıb. Yol kənarındakı dəmir məhəccərə və nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.