Bakıda gənc oğlan 15-ci mərtəbədən maşının üstünə düşdü - Video

Bakıda gənc oğlan 15-ci mərtəbədən maşının üstünə düşüb. 

Bizimxeber.az Baku.ws-ə istinadən xəbər verir ki, hadisə bu gün saat 10:15-də paytaxtın Xətai rayonunda qeydə alınıb. Belə ki, gənc oğlan çoxmərtəbəli binanın 15-ci mərtəbəsindən həyətdə dayanan maşının ön şüşəsi üzərinə düşüb.

Hadisə şahidlərinin sözlərinə görə, həmin şəxs bina sakini deyil. O, hadisə yerində vəfat edib.  

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, baş vermiş insidentlə bağlı araşdırma aparılır.

Hadisə yerindən görüntüləri təqdim edirik: