Bakıda avtobus sürücüsü döyüldü - Video

Bakıda avtobus sürücüsü döyülüb.

Hadisə paytaxt ərazisində fəaliyyət göstərən 85 saylı marşrut xətti üzrə avtobusunda qeydə alınıb. Belə ki, sərniş əvvəlcə avtobus sürücüsü ilə mübahisə edib. Daha sonra, o, sürücünü döyərək ərazidən uzaqlaşıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, avtobus sürücüsünü döyən şəxs saxlanılıb: “Həmin şəxsin orta dərəcəli sərxoş olduğu müəyyən edilib. Hazırda araşdırma aparılır”.