Bakı və Sumqayıtın merləri dəyişir?

Bakı və Sumqayıt şəhərlərinin merləri yeniləri ilə əvəzlənəcək.  

Bizimxeber.az-a daxil olan məlumata görə, yaxın vaxtlarda Bakı meri Eldar Əzizovla, Sumqayıt şəhərinin başçısı Zakir Fərəcov vəzifədən uzaqlaşdırılacaq.

70 yaşı haqlayan Zakir Fərəcovun yaşa görə, təqaüdə göndəriləcəyi bildirilir. Uzun illərdir yüksək vəzifələrdə çalışan Z.Fərəcovun adı mətbuatda müxtəlif qalmaqallarda, korrupsiya faktlarında halanıb. Abşeron icra başçısı olduğu zamanlarda belə onun barəsində demək olar ki, mətbuat hər gün müxtəlif məlumatlar yazıb.

65 yaşlı Bakı meri Eldar Əzizovun fəaliyyətində isə kifayət qədər nöqsanlar yaranıb və onun fəaliyyəti qənaətbəxş hesab olunmur.  Odur ki, E.Əzizovun dəyişdirilməsi daha uyğun görülür. Son ağaz kəsimi qalmaqalı isə Eldar Əzizovun vəzifədən uzaqlaşdırılması prosessini sürətləndirən amillərdəndir.

Ümumiyyətlə, hər iki şəhər merinin reputasiyası kifayət qədər aşağı hesab olunur. Hər iki merin böyük biznes şəbəkələri mövcuddur.