Ötən gün İri Şəhərlərin Birləşmiş Su Təhcizatı xidməti bu gündən şəhərin su təhcizatı şəbəkəsinin əvvəlki rejimdə işləməsinin təmin ediləcəyi ilə bağlı məlumat yaymışdı.
Bizimxeber.az bildirir ki, bu gün səhər saatlarından etibarən paytaxtın müxtəlif ərazilərində yaşayan sakinlər suyun verilişində hələ də məhdudiyyətlər olduğunu bildiriblər. Həmin ərazilərə Suraxanı, Xəzər, Ramana və Yasamal daxildir.
Qurumdan isə davamlı olaraq bildirilir ki, şəhər sakinlərinin su təminatı reqlamentə uyğun olaraq tam ödənilir.
Elə isə maraqlıdır, ya susuz qalan insanlar yalan danışır, ya da İri Şəhərlərin Birləşmiş Su Təhcizatı xidməti əhalini heyvan hesab edir.
Əks halda bu biabrıçılğın başqa adı yoxdur.
Xatırladaq ki, bir neçə gündür, Oğuz-Qəbələ-Bakı su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar Bakıda suyun verilişində problemlər yaşanır.