Azərbaycanlı "qanuni oğru" Hacıbaba Talıbxanlı (Hacı Beyləqanski) 21 il müddətinə azadlıqdan məhrum edilib.
Bizimxeber.az bu barədə Moskva Şəhər Məhkəməsi hökm çıxarıb.
Hacı Beyləqanski Rusiya Federasiyası Cinayət Məcəlləsinin 210.1-ci (Kriminal iyerarxiyada yüksək statusa malik olma) maddəsi ilə ittiham edilirdi. Məhkəmə bu ittiham üzrə onu təqsirli bilib.
Hacı Beyləqanski 1982-ci ildə Azərbaycanın Beyləqan rayonunda anadan olub. 2012-ci ildə Dubayda "qanuni oğru" statusuna layiq görülüb.
O, mərhum "qanuni oğru" Rövşən Lənkəranskinin yaxın adamı kimi tanınıb. Hacı Beyləqanskinin adı "qanuni oğru" Əlibala Həmidovun (Qoca Yasamalksi) qətlində hallandırılır.
O, 2000-ci illərdən Rusiyada yaşayır. Hacı Beyləqanski kriminal dünyanda kifayət qədər nüfuzlu "qanuni oğru" hesab edilir. Rusiya Federasiyasında Cinayət Məcəlləsinə 210.1-ci maddənin əlavə edilməsi bir neçə il əvvəl baş tutub. Bu maddə Məcəlləyə əlavə edildikdən sonra xeyli sayda "qanuni oğru" azadlıqdan məhrum edilib.