Azərbaycanlı hakimin beynəlxalq dərəcəsi yüksəldildi

Azərbaycanın karate üzrə beynəlxalq dərəcəli hakimi Rənad Əliyev növbəti imtahanından uğurla keçib.

Karate federasiyasından verilən məlumata görə o, 18-20 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Karate1 Premyer Liqa seriyasında mövsümün ilk turnirindən əvvəl Dünya Karate Federasiyasının (WKF) Hakimlər komitəsi tərəfindən keçirilən imtahanda iştirak edib.

O, imtahanda göstərdiyi nəticədən sonra kata üzrə "B” dərəcəli referi statusuna sahib olub.