Azərbaycanla İran Araz çayı üzərində körpü tikintisinə başlayıb - RƏSMİ

“Azərbaycan İranla artıq Araz çayı üzərində körpü tikintisinə başlayıb”. 

Bizimxeber.az bildirir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2022-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycanla İran arasındakı razılaşmaya əsasən, Azərbaycandan Naxçıvana alternativ yol olacaq. 

Qeyd edək ki, 2022-ci ilin martın 11-də Bakı ilə Tehran arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb.