Azərbaycanı dünya ilə üz-üzə qoyan MEDİA - Yeni qanun azad mətbuatı darmadağın etdi

Hər bir ölkənin apardığı siyasi, iqtisadi, mədəni və ümumiyyətlə, bütün fəaliyyəti onun mətbuatından keçir. Mətbuat elə bir gücdür ki, ona 4-cü Hakimiyyət deyirlər. Yəni, dövlətin işini cəmiyyətə və dünyaya mətbuat çatdırır. Dünyanın bütün sivil ölkələrində cəmiyyətin mətbuata olan diqqət və marağı ona görə müsbətdir ki, onlar müstəqildir və insanlar yazılan məlumatlara, araşdırmalara inanır və ictimai qınağa çevirirlər. Nəticədə dövlət bu qınaqlardan nəticə çıxarır və cəmiyyətin istəklərinə hesablanan addımlar atır. Konkretləşdirsək, mətbuat və cəmiyyətin rəyi dövlətin düzgün idarə olunmasında ciddi faktora çevirilir.

Bəs Azərbaycanda vəziyyət necədir?

1995-2003 -cü illərə qayıdaq və qısa xatırlatma edək.2000-ci illərdə Azərbaycan mətbuatında qismən müstəqil sistem yaradılmağa başlanmışdı. Bu sistemdə jurnalistlərə və onların yazdıqlarına inam var idi, hətta narazı insanlar mətbuat konfransları keçirmək hüquqlarından istifadə etməyə başlamışdı. Mütəmadi mətbuat konfransları, jurnalistlər üçün Press təlimləır, beynəlxalq təşkilatların müstəqil jurnalistikanın inkişafı üçün ayırdıqları qrant və layihələr öz sözünü deyirdi. Azərbaycanda qismən müstəqil jurnalistika formalaşırdı. Müsqətil qəzetlərin sayı artır, sahə jurnalistikası yaranırdı, sosial reportajların sayı sürıtlə artırdı. 

2003-cü ildə isə hər şey sürətlə geriyə doğru hərəkət etməyə başladı. O zamanlar Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər üsrə şöbəsinin müdiri Əli Həsənov önə keçdi və mətbuatın nəzarətə alınması prossesi start götürdü. İlk illər jurnalistlərin döyülməsi, qrantların kəsilməsi ilə özünü göstərsə də, daha sonra jurnalistlərin öldürülməsi mərhələsinə keçdi.

Nəhayət tənqidçi "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynov evinin qarşısında qətlə yetidildi. Və hər şey bundan sonra başladı. Elmar Hüseynovun öldürülməsi Azərbaycan mətbuatını gələcəkdə hansı bəlalar gözlədiyini çılpaqlığı ilə ortaya qoyurdu. 2005-2008-ci illər ərzində Azərbaycanda onlarla jurnalist döyüldü, təzyiqlərə məruz qoyuldu, ölümcül vəziyyətə salındı, jurnalistlər kütləvi olaraq ölkədən qaçmalı oldu. 

İlk olaraq ən çox oxunan, insanların etibar etdiyi "Azadlıq" və "Hürriyyət" qəzetləri və əməkdaşları hədəfə alındı  Müxtəlif formalı təzyiqlər, məhkəmlər, qəzetlərin hesablarına qoyulan həbslər və nəhayət qəzertlərin bağlanması...

İlk olaraq "Hürriyyət" qəzetini hədəflədilər və bütün əməkdaşlarına və rəhbərliyinə olmazın təzyiqlərini göstərərək qəzeti əvvəl parçaladılar, daha sonra bağladılar. 30-a yaxın qəzet əməkdaşı işsiz qaldı, jurnalistlər ölkəni tərk etməyə başladı.

Beləliklə, növbəti məhvetmə işi "Azadlıq" qəzetinə çatdı və uzun mübarizədən sonra ölkənin bir nömrəli qəzeti, insanların inam yeri olan "Azadlıq" bağlandı və bütün əməkdaşları, rəhbərliyi ölkədən didərgin edildi.

Bununla da Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ikinci mərhələyə start verdi...

Nə idi ikinci mərhələ?

Məhv edilən müstəqil qəzetlərin yerini oxucuların tanımadığı, höküməti təmsil edən, dövlət qəzetləri və infiormasiya agentlikləri ilə çox uzağa getmək olmazdı. Bu zaman ortaya yeni sistemlərin yaradılması üçün bir prosses başlandı - İnformasiya Portalları.

Bu barədə informasiyasız olan Azərbaycan jurnalistikasında fərqli bir keçid başladı O zaman bəzi korrupsialaşmış məmurlar bu işi görmək üçün külli miqdarda pullar xərcləməyə başladılar və əllərində böyük bir informasiya dəstəyi formalaaşdıra bildilər. 

2009-ci ildən Azərbaycanda İnfirmasiya Portalları yaradıldı.

Xüsusilə qeyd etmək lazımdır ki, ilk yaradılan portal müstəqil idi və onu da tezliklə sıradan çıxartdılar.

Beləliklə, qəzet mətbuatını online saytlar əvəzlədi. Korrupsioner məmurlar böyük pullar xərcləməklə, Azərbaycanda media sektorunu nəzarətə götürdülər. Mərhələ-mərhələ bu saytların sayı çıxaldı və artdı. Əslində bu Əli Həsənovun düşünülmüş strategiyası idi ki, nəticədə qısa zamanda bütün mətbuat onun kurasiyasına keçdi.

Beləliklə, bu sahədə təcrübəsiz, yarınmağa meylli və trol olmağa hazır insanlar maliyyə dəstəyi verilməklə Əli Həsənov uzun illər Azərbaycan mətbuatını öz nəzarətində saxladı. Əli Həsənov portalların və agentliklərin onun razılığı ilə yaradılması və işlədilməsi prossesində şəxsən iştirak etdiyi üçün müəyyən balansı saxlamağı bacarırdı. 2019-cu ildə Əli Həsənov vəzifədən uzaqlaşdırıldı və qurduğu sistem başına uçuruldu. Pul verdiyi, dəstək verdiyi "jurnalistlər" üzünə durdular, onu rüsvau etdilər və onu bitirdilər.

Gəmi ilə mətbuatın sintezi...

Onu isə "Gəmiçi" ləqəbli Əhməd İsmayılov əvəzlədi. Daha doğrusu, mediada islahatlar adı altında Media İnkişafı Agentliyi yaradılaraq quruma rəhbər kimi Əhməd İsmayılov adlı biri təyin edilldi. İlk ömcə deyim ki, bu təyinat jurnalistlər üçün yalnış hesab edilsə də, hakimiyyətin planlarını həyhata keçirmək baxımından ən ideal namizəd imiş. Lakin, o doğrudan da hakimiyyətin adamıdırsa... Müəyyən nüanslar onu başqa yerlətrə aparır ki, bu yaxınlarda bitən bir araşdırma yazısında detallar ətraflı qeyd olunacaq... 

Əhməd İsmayılov və bugünkü mətbuat...

Əhməd İsmayılovun ilk təyinatı zamanı onun "gəmiçi" olduğu, mətbuat işini bilmədiyi qeyd olunurdu. Müəyyən narahatlıqlar səsləndi və onun Əli Həsənovun darmadağın etdiyi müstəqil mətbuiatı birləşdirə bilməyəcəyi gündəmə gəldi. Çünki onun təyinatı və Media İnkişafı Agentliyi yaradılan zaman islahatlar olacağı vədləri verilmişldi. Əslində çoxları mətbuatın heç vaxt müstəqil olmayacağını bilirdi.

Beləliklə, Əhməd İsmayılov təyinatından 3-5 ay sonra müstəqil mətbuata Əli Həsənovun vura bilmədiyi böyük bir damğanı vurdu - mətbuat dövlət nəzarətinə götürüldü və ayda 3 min manatla satın alındı  

Məhv edilmiş müstəqil mətbuata güclə ayaqda dayanan 3-5 saytlar da hədəfə alınaraq sürətlə yox (Bizimxeber.az Əhməd İsmayılovun sürıtlə məhv etmək istəyidiyi saytlardan birincisi idi)) edildi. Əhməd İsmayılov və onun dəstəkverənlərinin köməyi ilə böyük bir media trol dəstəsi yaradıldı. Ayda 3 min manatı almaq istəyən şəxslər Əhməd İsmayılovun qapısını kəsdirdi, elçilər göndərdi və nəhayət ,Azərbaycan mediası tamamilə işğal edildi.

Bununla da Azərbaycanın dünyada sürətlə təcridi start götürdü...

Əhməd İsmayılov ağıllı tərpənərək, 1 il sonra bütün narazılıqlara baxmayaraq, mürtəce, müstəqil mətbuatın tamamilə belini qırmağa hesablanan "Media Haqqında Qanun"u elə deputatlara hazırlatdırdı. Əhməd İsmayılov elə bir yol seçdi ki, özü qaldı kənarda, beynəlxalq təşkilatlar oldu Azərbaycanla düşmən.

Prosseslərə diqqətlə baxsaq, görərik ki, bütün dünyanın sivil dövlətlərinin, beynəlxalq təşkilatların Azərbaycana qarşı mövqeyi məhz bu qanunun qəbulundan sonra daha da pisləşib. Bu qanun hazırlanmasında bir başa iştirak edən MEDİA-nın rəhbəri Əhməd İsmayılov bu qanunla Azırbaycanı dünyadan təcridinin əsasını qoyub. İddia olunur ki, qanundakı bəzi müddəalardan İsmayılovun ümumiyyətlə, xəbəri yoxdur.

Azərbaycanın Avropa Şurasından 1 illik uzadılmasının bariz səbəblərindən biri Azərbaycanda azad mətbuatın olmaması faktorlarının əsas gətirilməsi, jurnalist həbsləri və sairə göstərilir. Yəni, Əhməd İsmayılovun hazırladığı Media Haqqında qanun Azərbaycan  üçün cox ciddi fəsadlara yol açır. Dünyada ciddi media reytinq geriləməsi məhz bu qanundan irəli gələn səbəblərə görədir. 

Bununla bitmədi...

Qanundan sonra özlərinə lazım olan mətbuatı bir yerə toplayıb böyük monopoliya sistemi qurdular, 3-5 müstəqil olan saytların əlindəki 3-5 reklamı da aldılar, jurnalist akkreditasiyaları nəzatətə götürüldü və böyük bir ələbaxan media ordusu formalaşdırıldı. "Fatı qalx, fatı otur" işarəsi ilə gündə 20 xəbər limitini "uğurla" davam etdirməyə başladılar. Tərcümə xəbərini də özəl hesab etməklə Azərbaycan müstıqil mətbuatını kəfənsiz dəfn etdilər.

İndi gördüz ki, Əhməd İsmayılovun gəmiçi və ya media adamı olmasının heç bir fərqi yoxdur. Əsas odur ki, 30 il başqalarının tamamilə məhv edə bilmədiyi müstəqil mətbuatı, Azad Sözü bu "gəmiçi" dediyiniz oğlan necə məhv etdi?

Bütün bunlar azmış kimi, hələ layihələrdən yaxşı pul da qazanırlar ki, bu barədə də böyük araşdırmalarımızı gözləyin!!!

Hələlik, MEDİA və onun rəhbər şəxslərinin kim olduğuna, onların fəaliyyətinin birinci mərhələsiə nəzər saldıq... Daha ərtaflı geniş araşdırmamızda oxuya biləıcəksiz!

Ədil Hüseynli
Bizmxeber.az İnformasiya Agentliyinin baş redaktoru