Azərbaycandakı İran Milli Bankı bağlanır?

Azərbaycanda İran Milli Bankının bağlanma ehtimalı ilə bağlı sualı aydınlıq gətirilib. 

Bu barədə Mərkəzi Bankın baş direktoru Toğrul Əliyev bu gün keçirilən mətbuat konfransında danışıb.

O qeyd edib ki, Mərkəzi Bankın gündəliyində belə bir məsələ yoxdur: “Bizə belə bir müraciət daxil olmayıb”.