Azərbaycanda bəzi saytlara haker hücumu edildi - saytlara giriş məhdudlaşdırıldı

Azərbaycanda bir necə informasiya resursları kütləvi haker hücumuna məruz qalıb.

Bizimxeber.az bildirir ki, bu səbəbdən report.az, oxu.az, baku.ws, baku.tv, caliber.az və digər saytların fəaliyyətində problemlər yaranıb.

Hazırda həmin saytlara giriş məhdudlaşıb.

Qeyd edək ki, haker hücumuna məruz qalan “Report” informasiya agentliyinin saytında “Hüseynçilər” hərəkatının loqosu yerləşdirilib.