Azərbaycanda avtomobil iki filial müdirini vuraraq öldürdü - Video

Mingəçevirdə yol-nəqliyyat hadisəsi zamanı iki piyada həlak olub.

Şəhər ərazisində iki minik avtomobili toqquşub. 

Qəza zamanı avtomobilllərdən biri yolun kənarına çıxaraq 1963-cü il təvəllüdlü Şamaxı Məmmədova və 1966-cı il təvəllüdlü Xədicə Sultanovanı vurub. Ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilən piyadaların həyatını xilas etmək mümkün olmayıb.

Həlak olan piyadalar Mingəçevir Şəhər Mərkəzi Kitabxanasının filial müdirləri olub.