Azərbaycanda 5,2 bal gücündə zəlzələ olub

Azərbaycanda zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə görə, yerli vaxtda saat 17.23-də Talış Dağlıq zonasında 5,2 maqnitudalı zəlzələ qeydə alınıb.

Yeraltı təkanlar 18km dərinlikdə baş verib. Zəlzələ ölkənin cənub rayonlarında hiss olunub.