Azərbaycanda tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaş (təsisçilər) siyasi partiya təsis edə biləcək.
Bu, "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin yeni redaksiyasında əksini tapıb.
Qeyd edək ki, qanun layihəsinin ilkin versiyasına görə, siyasi partiya Azərbaycan Respublikasının ərazisində son 20 il daimi yaşayan Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 200 vətəndaşı (təsisçilər) tərəfindən təsis edilə bilərdi.
Qanun layihəsi yeni redaksiyada Milli Məclisin rəsmi saytında yerləşdirilib.