Azərbaycan Ordusu Xocalıya daxil olub? - FOTO

Azərbaycan Ordusunun Rusiya sülhməramlıları ilə birlikdə Xocalıya daxil olduğu iddia edilir.

Bizimxeber.az bildirir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Bildirilir ki, Xocalının bir çox kəndi də separatçılardan azad edilib.

Məlumatlara görə, Azərbaycan Ordusu tərəfindən Antiterror əməliyyatı nəticəsində azad edilən və nəzarətə götürülən yaşayış məntəqələrinin adları da bəlli olub.

Xanbağı kəndi (Xocalı r.)
Malıbəyli kəndi (Xocalı r.)
Yuxarı və Aşağı Quşçular kəndləri (Xocalı r.)
Dağdağan kəndi (Xocalı r.)
Şuşakənd kəndi (Xocalı r.)
Daşkənd kəndi (Xocalı r.)
Xaçmaç kəndi (Xocalı r.)
Qızıloba kəndi (Xocalı r.)
Kərkicahan qəsəbəsi (Şuşa r.)
Faxlul kəndi (Şuşa r.)
Xəlfəli kəndi (Şuşa r.)
Mirzəliler kəndi (Şuşa r.)
Şuşulu kəndi (Şuşa r.)
Dukanlı kəndi (Şuşa r.)
Laçınlılar kəndi (Şuşa r.)
Keybalı kəndi (Şuşa r.)
Canyataq kəndi (Tərtər)
Təpəkənd kəndi (Tərtər)
Çərəkdar kəndi (Kəlbəcər)
Qozlukörpü kəndi (Kəlbəcər)
Qozlu kəndi (Kəlbəcər)
Qızılqaya kəndi (Kəlbəcər)
Yuxarı Oratağ kəndi (Kəlbəcər)
Xanqutala kəndi (Kəlbəcər)

Qeyd edək ki, Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 2023-cü il sentyabrın 19-da Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirlərinə başlanılıb. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq sentyabrın 20-də saat 13:00-da müəyyən şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub. Hazırda qanunsuz erməni silahlı dəstələrinin tərk-silah edilməsi prosesi aparılır.