"Azərbaycan" Nəşriyyatının qarşısında aksiya - FOTO

Bu gün "Azərbaycan" Nəşriyyatında kommunal (icarə) haqlarının 50%-dən yuxarı artırılması ilə bağlı jurnalistlər nəşriyyatın binası qarşısında etiraz aksiyası keçiriblər. 

Bizimxeber.az bildirir ki, köhnə qiymətlə ödəniş etməkdə çətinlik çəkən jurnalistlər ilkin olaraq, nəşriyyatın rəhbərliyinə müraciət ediblər. Müraciətə cavab sabah saat 10:00-da olacaq. 

Əgər qiymətlər əvvəlki vəziyyətdə saxlanılmasa, jurnalistlər aksiyaları davamlı etməkdə qərarlıdırlar.