Azərbaycan, İran və Türkmənistan arasında qaz mübadiləsinə dair müqavilə imzalandı


Bu gün Aşqabadda Azərbaycan, İran və Türkmənistan arasında qaz mübadiləsinə dair müqavilə imzalanıb. 

Bizimxeber.az bildirir ki, müqaviləni Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və İran neft naziri Cavad Oci imzalayıb. Sənədə əsasən, il ərzində Türkmənistandan Azərbaycana İran üzərindən 1,5-2 milyard kubmetr qaz nəql olunacaq.