Azərbaycan Fransanın xarici ərazilərinin “azad olmasına” kömək etmək istəyir

Azərbaycan Prezidenti İlham Əliyev bir gün əvvəl Fransanın dəniz kənarındakı ərazilərinin müstəqillik qazanmasına kömək edəcəyinə söz verib.

Bizimxeber.az bildirir kiI bu barədə "Euractiv"  Əliyevin bəyanatına istinadən xəbər yayıb.

Əliyev bu fikirləri Bakıda Yeni Kaledoniyanın və Fransanın digər ərazilərinin müstəqilliyini dəstəkləyən qrupların toplaşdığı qurultaydan sonra media forumunda deyib.

“Azad olana qədər sizi dəstəkləyəcəyik” deyən Azərbaycan prezidenti Fransa ərazilərinin hələ də “müstəmləkəçilik obyekti” olduğunu bildirib.

"Bəzi ölkələr hələ də bundan əziyyət çəkir. Komor adaları, Mayotta hələ də müstəmləkə altındadır. Bizim borcumuz bu ölkələrə keçmişin bu iyrənc qalıqlarından qurtulmalarına kömək etməkdir".

Bu həftənin əvvəlində Fransanın dəniz kənarındakı ərazilərindən olan müstəqillik tərəfdarı siyasi qüvvələrin və hərəkatların Azərbaycanda qurultayı keçirilib və onlar “müstəmləkələrin azad edilməsi hərəkatı”nın təsis edildiyini bəyan ediblər.

Fransanın Yeni Kaledoniyasında iğtişaşlar zamanı Fransa Daxili İşlər Nazirliyinin rəhbəri Darmanen bildirib ki, bu işdə iştirak edən müstəqillik tərəfdarlarının bir hissəsinin  Azərbaycanla əlaqələri var . Bakıda ittihamlar rədd edilib. 

“Europe 1” telekanalı öz materiallarında qeyd edir ki, Azərbaycan hələ 2023-cü ildə Fransanın dəniz kənarındakı Martinik, Qayana, Yeni Kaledoniya və Fransız Polineziyasından müstəqillik tərəfdarı olan qüvvələrin nümayəndələrini Bakıya dəvət edib. Həmin qurultayın nəticəsi olaraq “müstəmləkəçilikdən qurtuluş hərəkatlarını” dəstəkləmək üçün “Bakı Təşəbbüs Qrupu” yaradılıb.