Azərbaycan bu ölkə ilə quru sərhədləri açır

Aprel ayından etibarən Bakı-Tiflis-Bakı qatarı istifadəyə veriləcək. 

Bizimxeber.az xəbər verir ki, bu barədə hökumətdəki mənbələrdən Gununsesi.info-ya bildirilib. 

Qeyd olunub ki, Azərbaycan və Gürcüstanın müvafiq qurumları arasında bununla bağlı razılıq əldə olunub. Məlumata görə, aprel ayından etibarən Bakı-Tiflis-Bakı qatarı yenidən fəaliyyətə başlayacaq.

Sərnişindaşıma İsveçrənin “Stadler” qatarları vasitəsilə həyata keçiriləcək.