Azərbaycan 2 iranlı məhbusu təxliyə etdi

2 iranlı məhbus Azərbaycandan İrana ekstradisiya edilib. Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, təxliyə İslam Respublikasının Naxçıvandakı Baş Konsulluğunun səyləri ilə baş tutub.

Həmin şəxslərdən biri narkotik maddə saxladığına görə, digəri isə Naxçıvana qanunsuz keçdiyinə görə həbs edilib.

İranlı məhbuslar Culfadakı sıfır nöqtəsində İran İslam Respublikası sərhədçilərinə çatdırılıb. İndiyə qədər Tehranla Bakı arasında məhbus mübadiləsinə dair razılaşmaya əsasən, hər iki tərəfdən dustaqlar bir neçə dəfə dəyişdirilib.