Ay avtomobillərin üstünə yuvarlandı - Video

Çində "Ay Yarışı" adlı festivalda maraqlı anlar yaşanıb. 

Bizimxeber.az xarici KİV-lərə istinadən xəbər verir ki, festival zamanı sisirdilmiş rezin kürə nəzarətdən çıxıb. Təşkilatçılar onu tutub geri qaytarmağa çalışsalar da, peyki dayandırmaq mümkün olmayıb. Rezin top avtomobillərə, yoldan keçənlərə və velosipedçilərlə toqquşub. Hadisə zamanı xəsarət alan olmayıb.