Axtarışa verilən Afət Fərmanqızı ölkədən getdi - VİDEO

Müğənni Afət Fərmanqızı Azərbaycanı tərk edib.  “Həyat yoldaşımın yanına uçuram. Bəbişimlə uçuram, həkimim bizi gözləyir". 

Qeyd edək ki, Xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı məhkəmə icraatı dayandırılıb. Binəqədi rayon Məhkəməsində hakim Mahirə Kazımovanın sədrliyi ilə araşdırılan şikayətlə bağlı yekun olmayan məhkəmə aktı çıxarılıb. 

Akta əsasən, ittiham olunan müğənni Afət Fərmanqızı məhkəmədən gizləndiyinə görə həbs nəzərdə tutulmadan axtarışa verilib.