Avtomobilindəki “Z” işarəsinə görə 4 min avro cərimələndi

Almaniyanın Hamburq şəhərinin rayon məhkəməsi 62 yaşlı kişini avtomobilinin şüşəsinə kağızda “Z” hərfini yapışdırdığına və bununla da Rusiyanın Ukraynaya təcavüzünə haqq qazandırdığına görə onu 4 min avro cərimələyib.

Bizimxeber.az bildirir ki, bu barədə "Suspilne" xəbər verib.

Hadisə 2022-ci ilin martında baş verib. Məhkəmədə həmin şəxs bunun sadəcə “əlifbanın son hərfi” olduğunu və başqa heç nə olmadığını iddia edib. Lakin hakim öz qərarında “Z” hərfinin Ukraynaya qarşı müharibənin və Putinə dəstəyin simvolu kimi fəal şəkildə istifadə olunmasına istinad edib.

İş üzrə şahid hüquq-mühafizə orqanının əməkdaşı olub və bildirib ki, müttəhim telefon danışığında Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsini də şübhə altına alıb.