Avtomobili insanların üzərinə sürdü - 15 yaralı - Video- Yenilənib

Almaniyada naməlum şəxs avtomobili bir qrup insanın üzərinə sürüb, bir neçə nəfər yaralanıb.

Bizimxeber.az "Bild"-ə  istinadən bildirir ki, Münhen şəhərində avtomobil bir qrup insanın üzərinə sürüb, 15 nəfərin yaralandığı deyilir.

Hadisənin hansı şəraitdə baş verdiyi barədə hələlik heç nə məlum deyil. 

Qeyd edək ki, 20 dekabr 2024-cü il, cümə günü axşam Maqdeburqda avtomobil izdihamın üzərinə sürmüşdü . Hadisədən sonra yarmarka bağlanıb və insanlardan şəhərin mərkəzini tərk etmələri tələb olunub.

Bu hadisə nəticəsində 60 ilə 80 arasında adam yaralanmışdı.
**

Münhendə camaatın üstünə çıxan avtomobilin sürücüsünün həbs olunub.