Avstraliya Ukraynaya sülhməramlı göndərir?

Avstraliya Ukraynaya sülhməramlılar göndərmək imkanını nəzərdən keçirməyə hazırdır.

Bizimxeber.az bildirir ki, bunu ölkənin baş naziri Entoni Albanese deyib.

Onun sözlərinə görə, hökumət vaxtilə Afrika və Kiprdə vəziyyətin sabitləşməsinə kömək etdiyi kimi Kiyevə də kömək edə bilər.

Hazırda potensial sülhməramlılarla bağlı müzakirələr gedir və hökumətimin nöqteyi-nəzərindən biz gələcəkdə istənilən təklifi nəzərdən keçirməyə açığıq ”, - Albanese bildirib .