Avstraliya da "Hizbullah"ı terror təşkilatı elan etdi

Livanın silahlı qruplaşması Hizbullah Avstraliyada neonasist təşkilatı kimi tanınan "The Base" ilə birlikdə terror təşkilatı elan edilib.

Bizimxeber.az xarici KİV-lərə istinadən bildirir ki, ölkənin daxili işlər naziri Karen Endryus deyib ki, Avstraliya hökuməti artıq bu qruplaşmaların üzvlərinə qarşı cinayət işi qaldıracaq: "Hökumət olaraq biz istənilən formada ekstremizmi rədd edirik”.

O həmçinin, pandemiyadan sonra sərhədlərin açılması ilə əlaqədar o, terror təhlükəsini də xatırladıb: "Mən burada insanları qorxutmuram. İnsanları qorxutmaq istəmirəm. Avstraliyalıların öz həyatlarına, COVID-dən əvvəlki həyatlarına qədəm qoymalarını istəyirəm. Amma terrorlar qaçılmazdır". 

Ümumilikdə Avstraliyada 26 qrup terror təşkilatı kimi qadağan edilib.