Almaniya və Fransanın xarici işlər nazirləri ölkənin yeni hökuməti ilə görüşmək üçün birlikdə Suriyaya gedəcəklər.
Bizimxeber.az "Reuters"ə istinadən bildirir ki, bu, Almaniya XİN başçılarının yanvarın 3-də verdiyi açıqlamadan məlum olub.
Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri Annalena Burbok fransalı həmkarı Jan-Noel Barro ilə birlikdə Dəməşqə gedir. Onlar üsyançıların lideri Əhməd əl-Şara ilə görüşəcəklər.
"Mənim bugünkü səfərim - fransız həmkarımla birlikdə və Aİ adından - suriyalılar üçün aydın siqnaldır: Avropa və Suriya, Almaniya və Suriya üçün yeni siyasi başlanğıc nöqtəsi mümkündür", - Burbok şərh edib.
“Milyonlarla suriyalının düşündüyü bir məqsədimiz var: Suriya yenidən beynəlxalq ictimaiyyətin hörmətli üzvü ola bilər”, o əlavə edib.