"Hazırda bir neçə Avropa ölkəsi sakitcə Ukraynaya sülhməramlı qoşunların göndərilməsi planı üzərində işləyir".
Bizimxeber.az bildirir ki, bu barədə "Associated Press" məlumat verib.
Nəşrin məlumatına görə, Britaniya və Fransa mümkün sülhməramlı missiya üçün səylərin önündədir. Avropa ölkələri hansı qüvvələrə ehtiyac ola biləcəyini öyrənməyə başlayıblar.
Nəşr əlavə edir ki, sülhməramlı qüvvələrin xarakteri sülh müqaviləsinin şərtlərindən və digər amillərdən asılı olacaq.
Estoniyanın müdafiə naziri Hanno Pävklur Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Associated Press-ə müsahibəsində deyib: “Biz çox erkən mərhələdəyik. Onun sözlərinə görə, müxtəlif müzakirələrə və şayiələrə baxmayaraq, Avropa müttəfiqləri üçün plan hazırlamazdan əvvəl Ukraynadakı təmas xəttinin necə görünəcəyini anlamaq kritik əhəmiyyət kəsb edir”.
Ekspertlər və rəsmilər hesab edir ki, Ukraynadakı hazırkı vəziyyətdə sadə sülhməramlılardan, məsələn, BMT-nin “mavi dəbilqəlilər”indən daha güclü və çoxsaylı kontingenti yerləşdirmək lazım gələcək.