Avropa İttifaqı ABŞ prezidenti Donald Trampın rüsumlarla bağlı son bəyanatına cavab verəcək.
Bizimxeber.az bildirir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barrot deyib.
Qeyd edək ki, fevralın 9-da Trampın metallara olan mövcud rüsumlara əlavə olaraq, ABŞ-a bütün polad və alüminium idxalına 25% yeni tariflər tətbiq edəcəyini elan edib.
Fransa və Avropa İttifaqının buna cavab verib-verməyəcəyi sualına Barrot bəli cavab verib."Əlbəttə. Bunu artıq 2018-ci ildə Donald Tramp edib və biz reaksiya vermişik. Yenə də reaksiya verəcəyik", - o deyib.
Barrot qeyd edib ki, Avropa Komissiyası müvafiq tədbirlər əhatəsinə düşəcək sektorlarla bağlı qərar verəcək. "O vaxtı gələndə tətiyi çəkməyə hazırdır. İndi vaxtdır. Avropa İttifaqı ilə ticarət müharibəsinə başlamaq heç kimin marağında deyil", - Fransa Xarici İşlər Nazirliyinin rəhbəri əlavə edib.