Avropa Anti-Fraud Bürosunun müşahidə şurasında oturan Teresa Anginho beş illik müddətə yeni Avropa Ombudsmanı seçildi.
Bizimxeber.az "Politico" nəşrinə istinadən bildirir ki, Strasburqdakı Avropa Parlamentində səs çoxluğu tərəfindən təsdiqlənən Anginyo, bu qurumun ən böyük qrupu olan sağ mərkəzçi Avropa Xalq Partiyasından ən yüksək namizəd idi. Əvvəllər o, Portuqaliya Ombudsmanının müavini və ədliyyə üzrə dövlət katibi olub.
O, 2025-ci il fevralın 27-də vəzifəsinin icrasına başlayacaq.
Avropa İttifaqında ombudsmanın rolu şəffaflıq normalarını qorumaq və məsələn, sənaye və Aİ institutları arasında mümkün maraq toqquşmalarını aradan qaldırmaqdır. Amma ombudsmanın qərarları məcburi deyil və Aİ təsisatlarından asılıdır.
Vəzifəsini tərk edən Ombudsman Emili O'Reyli on ildən artıqdır ki, bu vəzifədə çalışırdı.